Mərakeş və Malayziya xalqlar arası əlaqələr barədə fikir mübadiləsi apararaq mövcud əməkdaşlıq istiqamətlərini müzakirə edib

Malayziya Krallığının Azərbaycana yeni təyin olunan səfiri xanım Aznifah Abdul Qani Mərakeş Krallığının ölkəmizdəki səfiri Adil Embarş ilə nəzakət görüşü keçirib.
Bu barədə Malayziya Səfirliyi sosial media səhifəsində paylaşım edib.
Görüş zamanı səfirlər qarşılıqlı maraq doğuran əsas məsələlər, o cümlədən ticarət və kommersiya, regional inkişaf, kənd təsərrüfatı, həmçinin Mərakeş ilə Malayziya arasında xalqlar arası əlaqələr barədə fikir mübadiləsi apararaq mövcud əməkdaşlıq istiqamətlərini müzakirə edib.

Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 11:54


























