mobil versiya

Malayziyanın ölkəmizə təyin etdiyi yeni səfir Azərbaycana gəlib



Malayziyanın Azərbaycana yeni təyin olunan səfiri xanım Aznifah Abdul Qani işinin icrasına başlayıb

Bu barədə Malayziyanın ölkəmizdəki səfirliyi sosial media səhifəsində paylaşım edib. Paylaşımda deyilir:



"Malayziya Səfirliyi 17 avqust 2026-cı ildə Azərbaycana gələrək vəzifəsinin icrasına rəsmi olaraq başlayan Malayziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Aznifah Abdul Qanini səmimi-qəlbdən salamlayır. Xanım səfirin Azərbaycana gəlişi Malayziyanın Azərbaycan Respublikası ilə diplomatik əlaqələrində yeni bir mərhələnin başlanğıcını ifadə edir.

Xanım səfirin rəhbərliyi ilə Səfirlik iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində sarsılmaz öhdəliyini bir daha təsdiq edir".


Reportyor.az 



KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 11:56