Gürcüstan Prezidenti Azərbaycana yeni təyin etdiyi səfirlə görüşüb

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Gürcüstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaraşvili ilə görüşüb.
Bu barədə səfirlik sosial media səhifəsində paylaşım edib.
Görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq və uzunmüddətli dostluq münasibətlərindən danışılıb.
İki ölkə arasında qarşılıqlı hörmətin və ortaq regional maraqların əhəmiyyəti qeyd edilib.

Görüşün sonunda Gürcüstan Prezidenti yeni təyin olunmuş səfirə diplomatik missiyasını yerinə yetirməkdə uğurlar arzulayıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:45


























