13 il əvvəl törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb

Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.
Qeyd edilib ki, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 15:41


























