mobil versiya

Ermənistanın eyni kəndində baş verən ikinci "sirli" kütləvi ölüm hadisəsində təxminən 300 qoyun tələf olub







Yerli rəsmilərin "Armenpress"ə verdiyi məlumata görə, Ermənistanın Geqarkunik vilayətinin Çaqkunk kəndindəki bir qoyun tövləsində təxminən 300 qoyun və quzu izaholunmaz şəraitdə tələf olub; bu, həmin məkanda cari ildə baş verən ikinci belə hadisədir. Heyvanlar bir-birinin üzərinə yığılmış vəziyyətdə aşkar edilib: alt təbəqədəkilər ölüb və burunlarından qan axdığı müşahidə olunub, üst təbəqədəkilər isə sağ və aktiv olublar.

Sevan bələdiyyəsinin Kənd Təsərrüfatı Şöbəsinin müdiri Radik Manukyan bildirib ki, hadisə sentyabrın 17-si səhər saatlarında Çaqkunk sakini Qurgen Gevorkyana məxsus qoyun tövləsində qeydə alınıb. Oxşar hadisə həmin məkanda iyunun 6-da da baş vermiş və nəticədə 208 qoyun tələf olmuşdu. Heyvanlar parçalanmamışdı və cəsədlərində heç bir deşilmə və ya cızılma izi aşkar edilməmişdi. Manukyan qeyd edib ki, bu dəfə də hadisəni canavar hücumu ilə əlaqələndirmək çətindir. Ölən qoyunların sayı daha çox olub və təxminən 300-ə çatıb. “Gurgen Gevorgyan həm özünə, həm də kəndlilərə məxsus qoyunları öz tövləsində saxlayır. Səhər tezdən o, qoyunların bir-birinin üzərinə yığıldığını və bəzilərinin artıq hərəkətsiz qaldığını görüb. Hazırda qoyunların ölümünə nəyin səbəb olduğunu müəyyən etmək çətindir. Məlum olan yeganə fakt budur ki, həmin 300 qoyun 20–25 kvadratmetrlik bir sahəyə sıxışdırılıb və bir neçə qat şəklində bir-birinin üzərinə yığılıb. Üst qatdakı heyvanlar sağ və vəziyyətləri yaxşı idi, aşağı qatlardakilər isə cansız halda tapılıb və burunlarından qan axırdı”, – deyə Manukyan bildirib. Səhər tezdən hadisə yerinə Sevan polis əməkdaşları, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin heyəti, Geğarkunik vilayət rəhbərliyinin və Sevan icma administrasiyasının nümayəndələri, icma baytarı və digər aidiyyəti qurumların mütəxəssisləri gəliblər. “Hələlik eyni ildə ikinci dəfə baş verən bu müəmmalı hadisənin səbəbini müəyyən etməkdə çətinlik çəkirik. İstənilən halda, Tsağkunk kəndində qoyunçuluqla məşğul olan təsərrüfatlar ciddi ziyan görüb, çoban Gurgen Gevorgyan isə bu fəlakət nəticəsində çətin vəziyyətə düşüb. Ölən qoyunların əti istehlaka yararsız olduğu üçün tamamilə məhv edilib. Hazırda dəyən ziyanın həcmi müəyyənləşdirilir".


Reportyor.az 



KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 17:24