Yunanıstanda qoyun və keçilərdə BTV3 mavi dil virusu yayılıb
Yunanıstan ölkənin şimal-şərq hissəsindəki fermalarda qoyun və keçilərdə BTV3 mavi dil virusunun 10 yayılması barədə məlumat verib.
Reportyor.az xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) Yunanıstan hakimiyyətinə istinadla bildirib.
Göy dil qoyun, mal-qara və keçi kimi ev heyvanları üçün ölümcül ola bilər. Xəstəliyin yeni bir variantı olan BTV3, keçən ilin sonundan etibarən Avropada yayılmağa başladı və bu, Fransa da daxil olmaqla, təsirlənmiş ölkələrdə peyvənd kampaniyalarına səbəb olub.
Xəbərdə deyilir ki, epidemiya 137 baş qoyun və keçidə aşkar edilib, onlardan 15-i tələf olub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 7-10-2024, 17:51