mobil versiya

TDT Qazaxıstanda baş verən faciə ilə bağlı başsağlığı verib




Türk Dövlətləri Təşkilatı Xəzər dənizi sahilində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimi zamanı baş verən faciə ilə bağlı başsağlığı verib.

Başsağlığı təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyevin imzası ilə yayımlanıb.
Baş verən faciəvi hadisə nəticəsində hərbi qulluqçuların həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirən Baş katib bildirib: “Türk Dövlətləri Təşkilatının Katibliyi və şəxsən öz adımdan həlak olan hərbçilərin ailələrinə-yaxınlarına dərin hüznlə başsağlığı verir, qardaş Qazaxıstan xalqının və hökumətinin kədərini bölüşürəm. Bu çətin məqamda dualarımız və qəlbimiz qazax qardaşlarımızla birdir. Qardaş Qazaxıstan xalqı ilə həmrəyliyimizi bəyan edərək, bu ağır kədəri birlikdə bölüşürük. Xəsarət alanların tezliklə sağalmasını diləyirik”.
Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanda keçirilən təlimi zamanı hava şəraitinin kəskin pisləşməsi və güclü külək səbəbindən 17 hərbçi dənizə düşüb. Onlardan 14-ü həlak olub, 3-ü isə xilas edilib. (Azərtac)

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:34