Azərbaycanın Yaponiyadakı sabiq səfiri Gursel İsmayılzadə orden ilə təltif olunub

Noyabrın 3-də Yaponiya Hökuməti 2026-cı ilin payız mövsümü üzrə xarici vətəndaşların dövlət təltiflərinin laureatlarını elan edib və Azərbaycan Respublikasından
aşağıdakı bir nəfər təltif olunacaq.
Bu barədə Yaponiyanın Azərbaycandakı Səfirliyi məlumat paylaşıb.
Bildirilir ki, Yaponiyada Azərbaycanın sabiq səfiri olmuş Gursel İsmayılzadə “Qızıl və Gümüş Ulduzlu Gündoğar Ordeni” (The Order of the Rising Sun, Gold and Silver Star) ilə təltif edilib.
O, Yaponiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə, dostluq əlaqələrinin və qarşılıqlı xoş münasibətlərin inkişafına verdiyi töhfələrə görə bu ordenə layiq görülüb.
Xarici vətəndaşların dövlət təltifləri Yaponiya ilə dostluq münasibətlərinin inkişafı və digər bu kimi sahələrdə mühüm xidmətləri olan xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-11-2026, 16:23



























