mobil versiya

SON DƏQİQƏ: Azərbaycan əhalisinə ŞAD XƏBƏR var - 140 MANATA QƏDƏR ARTACAQ




Dünya bazarında bir müddətdir ki, neft qiymətlərində artım dinamikası müşahidə edilir. Belə ki, hazırda  "Brent" markalı neftin bir bareli 76 dolardan baha satılır.

Bəs görəsən “qara qızıl”ın qiymət artımını şərtləndirən amillər hansılardır? Həmçinin, qiymətlərdəki artım tendensiyası hansı həddə kimi davam edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını iqtisadçı Rəşad Həsənov cavablayıb. O bildirib ki, neftin qiymətinin bahalaşmasına təsir edən bir neçə amil var:

“Əsas səbəblərdən biri ölkələrin pandemiyadan çıxışı və karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin sürətlə aradan qalxmasıdır. Dünya bazarlarında neftə olan tələbin 20 faizini formalaşdıran aviasiya sahəsində aktivliyin artması neftə olan tələbi artırır. Digər bir səbəb isə ABŞ-da neft rezervlərinin həcminin azalması ilə bağlıdır. Belə ki, ABŞ-da aktiv quyuların sayında son həftələr ərzində ciddi azalmalar qeydə alınır. Bundan başqa hər il yay mövsümündə yanacağa tələb artır. Bu da öz növbəsində qiymətləri artırır”.

R.Həsənov qiymət artımında rol oynayan digər məqamları da qeyd edib:

“İranda baş verən proseslər də qiymətə təsir edir. Əslində bir neçə həftə əvvəl İranla razılaşmlar fonunda sanksiyaların qısa müddətli aradan qalxacağı və bazara böyük həcmdə İran neftinin daxil olacağı gözlənilirdi. Yəni, təqribən gündəlik əlavə 2 milyon barel neftin bazara daxil olacağı ehtimal edilirdi. Lakin yeni prezident seçkilərindən sonra situasiya bir qədər dəyişdi. Çünki İranın yeni prezidenti bu istiqamətdə konservativ mövqe sərgiləyir. O, uzlaşmadan daha çox birtərəfli güzəştlər tələb edən mövqedədir. Buna görə də bazar iştirakçıları İranla uzlaşma ehtimalının azaldığı qənaətindədir. Bütövlükdə bu faktorlar və OPEC+ ölkələri çərçivəsində razılaşmalarda daha ehtiyatlı qərarların qəbul edilməsi fonunda neftin qiyməti bahalaşır. İndiki halda qiymət 80-85 dollara qədər arta bilər. Lakin uzumüdddətli dövr ərzində qiymətlərin bu səviyyədə qalması gözlənilmir. Böyük ehtimalla ilin sonuna doğru qiymətlərin 65 dollar ətrafında dəyişəcəyi gözlənilir”.

İqtisadçı əlavə edib ki, Azərbaycan neftinin qiyməti dünya bazarlarında qiymət dinamikasından asılı olaraq dəyişir:

“Azərbaycan qiymətlərə birbaşa təsir edən yox, formalaşan qiymətdən yararlanan ölkədir. Biz indiki şərtlər daxilində bazara gündəlik olaraq neftin 0,4-05 faizini təklif edirik. “Azeri Light” "Brent" markalı neftdən təxminən 1 dollar bahadır. Yaxın həftələr ərzində Azərbaycan neftinin qiymətinin də 75-80 dollar ətrafında olacağı gözlənilir".
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / SOSİAL
Tarix: 29-06-2021, 01:03