mobil versiya

Dünya bazarında neftin qiyməti bahalaşır




Dünya bazarlarında neftin qiyməti fevralın ilk günündə bahalaşır, investorlar OPEC+ sazişinin icrası və koronavirusa qarşı peyvəndləmənin perspektivləri ilə bağlı ümumilikdə nikbin fikirdədirlər.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:45-ə etibarən Şimal dənizindən hasil olunan “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 0,65% bahalaşaraq bir barel üçün 55,38 ABŞ dollarına çatıb, WTI markalı neftin mart fyuçerlərinin dəyəri isə 0,42% artaraq bir barel üçün 52,42 ABŞ dolları təşkil edib.

Treyderlər bəzi OPEC+ ölkələrinin fevral ayından etibarən hasilatı daha da azaldacağını gözləyirlər. Yanvar ayında əldə olunan ən son OPEC+ razılaşmalarına görə, Səudiyyə Ərəbistanı və bir sıra digər iştirakçılar belə qərara gəliblər. Krallıq ölkəsi fevral və mart aylarında hasilatı gündəlik təxminən 1 milyon barel azaldacaq. Eyni zamanda, Rusiya və Qazaxıstan bu aylarda hasilatı artırmaq imkanı əldə ediblər.

Peyvəndlə bağlı nikbinlik isə dünya iqtisadiyyatının bərpasına olan ümidləri dəstəkləyir və bu da neftə tələbat proqnozlarında müsbət əks olunur. Getdikcə daha çox ölkə koronavirusa qarşı aşılanmaya başlayır və müxtəlif şirkətlər tərəfindən hazırlanan peyvəndlər yerli tənzimləyicilər tərəfindən təsdiqlənir.

Koronavirus pandemiyasının davam etməsi neft qiymətlərindəki artımı bir qədər məhdudlaşır. Bir sıra ölkələrdə və bölgələrdə xəstəlik sürətlə artmağa davam edir. ÜST-nin məlumatına görə, dünyada artıq 102 milyondan çox yoluxma hadisəsi aşkar edilib və 2,2 milyondan çox ölüm faktı qeydə alınıb.
SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-02-2021, 11:19