Zelenski xalqına müraciət etdi - VİDEO
Ukraynada hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə olaraq ölkə rəhbəri Volodimir Zelenski xalqa müraciət edib.
Ukrayna Prezidenti Volodimir Zelenski müraciətini “Instagram” səhifəsi vasitəsi ilə yayımlayıb.
O, xalqa müraciətində bildirib ki, ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektoru işlək vəziyyətdədir. V.Zelenski əhalini təmkinli olmağa və təşvişə düşməməyə çağırıb.
Qeyd edək ki, hazırda Kiyev, Odessa, Kramatorsk, Xarkov, Berdyansk və digər şəhərlərdə partlayış səsləri eşidilir.
MANŞET / KARUSEL / DÜNYA
Tarix: 24-02-2022, 13:00