mobil versiya

Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ




Azərbaycanda oktyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən REPORTYOR.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 21-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksəkləcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktybarın 9-da hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin gündüz saatlarında güclü şimal-qərb küləyinə keçəcəyi gözlənilir ki, bu da meteohəssas insasnlar üçün əsasən əlverişsizdir.

Nazirlik həmçinin xəbərdarlıq edib ki, okyabrın 9-u gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
MANŞET / SAĞLAMLIQ / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 8-10-2019, 13:15