mobil versiya

Azərbaycanda yüksək vəzifəli şəxs SAXLANILDI




Sabirabadın baş memarı saxlanılıb.

REPORTYOR.AZ APA-ya istinadla xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qasımov Müşviq Vidadi oğlu tutulub.

O, külli miqdarda rüşvət almaqda və mənimsəmədə şübhəli bilinir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.
MANŞET / BANNER / SON XƏBƏR / KARUSEL
Tarix: 30-06-2022, 11:03