mobil versiya

Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR



Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.

Sonra birgə foto çəkdirilib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qonaqları salamladı və iclasın işinə uğurlar arzulayıb.
Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.



***
Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB üzvü olan ölkələrin liderlərinin sammiti başlayıb.

APA-nın məlumatına görə, sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Sammitdə MDB çərçivəsində əməkdaşlığın inkişafına dair aktual məsələlər, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılacaq.
Bundan başqa, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin səlahiyyətlərinin daha 3 il müddətinə artırılması məsələsinə baxılması da gözlənilir.

Eyni zamanda, 2020-ci ildə MDB-də sədrlik məsələsi müzakirə olunacaq. 2020-ci il yanvarın 1-dən MDB-yə Özbəkistanın sədrlik etməsi nəzərdə tutulur.

Dövlət başçıları gündəlikdə duran digər məsələlər barədə də fikir mübadiləsi aparacaq, cari məsələlərə baxacaqlar.










MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 11-10-2019, 14:41