Ucarda üzərinə benzin tökərək yandıran II qrup əlil ölüb
Ucarda üzərinə benzin tökərək yandıran II qrup əlil ölüb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, sentyabrın 4-də rayonun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində vəfat edib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
MANŞET / KARUSEL / HADİSƏ
Tarix: 5-09-2022, 10:30