Türk ordusu ilə döyüşə gedən erməni terrorçu batalyonu haqda ŞOK FAKTLAR - VİDEO
Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Təmirdən Ras əl-Ayn şəhərinə yollanıb.
BAKU.WS xəbər verir ki, bu barədə erməni terrorçularından ibarət batalyon müvafiq bəyanatla çıxış edib.
Qeyd edək ki, Nubar Ozanyan adlı terrorbaşının adını daşıyan batalyon Suriya ərazisində müxtəlif cinayətlər törədib.
Batalyonun adını daşıdığı Nubar Ozanyan - Türkiyədə anadan olub və TKP/ML partiyasının üzvü olub. Ozanyan 1992-ci ildə terrorçuların toplaşdığı Qarabağda da döyüşüb. Nubar Ozanyan Qarabağda dinc Azərbaycan əhalisinə divan tutmaqda xüsusilə ad çıxarıb. N.Ozanyan 2017-ci ilin avqustunda Suriyanın Rəqqa şəhərində öldürülüb. Suriyada terrorçularla mübarizə aparan Türk ordusuna qarşı döyüşmək istəyən ermənilərin batalyonlarına Nubar Ozanyanın adını vermələri də heç də təsadüfi deyil.
Nubar Ozanyan adını daşıyan və terrorçulardan ibarət bir batalyonun Türkiyə ordusuna müharibə elan etməsi, həmin bölgədə terror təşkilatlarının tüğyan etməsini ortaya qoyub. Türkiyə ordusunun apardığı əməliyyatın məqsədi də məhz bu tip terror təşkilatlarını zərərsizləşdirmək və regionda sülhü təmin etməkdir.
MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 15-10-2019, 17:00