AŞPA-da Azərbaycanın əleyhinə kimlər səs verib? – TAM SİYAHI (+ ADLAR)

Qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib.
"AzPolitika.info" xəbər verir ki. qətnamənin əleyhinə Türkiyədən 9 deputat – Yıldırım Toğrul Türkeş, Zeynəb Yıldız, Pelin Yılık, Meryem Göka, Seda Gören Bölük, Sena Nur Çelik Kanat, Mehmet Akalın, Abdurrahman Babacan və Mustafa Canbey, Albaniyadan isə 1 deputat – Blerina Gilameti səs verib.
Bundan başqa İsveçrənin iki, Norveçin, Bosniya və Herseqovinanın bir deputatı səsvermədə tərəfsiz qalıb. Yeri gəlmişkən hər üç dövlətin digər nümayəndələri Azərbaycanın əleyhinə səs verib.
Türkiyənin kürdləri təmsil edən Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM) olan deputatı Berdan Öztürk də Azərbaycana qarşı mövqe tutub.
Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino və Serbiya olub.




MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 25-01-2024, 20:50