mobil versiya

Əli Həsənovun qohumundan sensasion status : "Vətəndaşlıqdan azad edin"



Yazıçı-publisist-dramaturq, tarixi romanlar müəllifi Yunus Oğuz səsvermə hüququndan imtina edəcəyi ilə bağlı sosial media hesabında status paylaşıb. 

O, bu barədə Prezidentə müraciət ünvanlayacağını bildirib. Y.Oğuz yazdığı statusların səbəbini açıqlamayıb. Bildirib ki, səbəbini Prezidentə yazdığı müraciətdə bildirəcək.

REPORTYOR.AZ "Olaylar" qəzetinin baş redaktorunun yazdığı həmin statusları təqdim edir:

"Əziz dostlar! Çox az qalıb, Cənab Prezidentimə müracət edib məni vətəndaşlıqdan çıxartmağını xahiş edəcəm. Səbəblərini müraciətimdə bildirəcəm."
"Sabah rəsmən ailəliklə Cənab Prezidentə müraciətimi təqdim edəcəm. Bu, o demək deyil ki, Azərbaycandan gedəcəm. Sadəcə olaraq səsvermə hüququndan imtina edirəm."

REPORTYOR.AZ bildirir ki, Yunus Oğuz ötən həftə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsindən azad edilən Əli Həsənovun bacanağıdır.

REPORTYOR.AZ




MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 12-12-2019, 22:40