mobil versiya

Əkrəm İmamoğlu: "Azərbaycanlı qardaşlarımız üçün hər şey etməyə hazırıq"




İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Azərbaycan və azərbaycanlılar haqda danışıb.

Reportyor.az teleqraf.com-a istinadən bildirir ki, o, ölkəmizə səfər edəcəyi barədə də anons edib: "Azərbaycanı və azərbaycanlı dostlarımızı çox sevirəm. Artıq İstanbul Böyükşəhər Bələdiyyə sədriyəm. Xaricə ilk səfərlərimdən biri də Azərbaycana, Bakıya olacaq. Gələcəyəm, qucaqlaşacağıq, söhbət edəcəyik. İnanın, böyük bir həyəcanla o günü gözləyirəm. Yəqin ki, təsəvvür edə bilirsiniz, burada işlərimiz çox gərgindir, gediləcək çox uzun yolumuz var. Ən qısa vaxtda işlərimizi yoluna qoyub, Bakıda olacağam, indidən xəbər verim.

Azərbaycanlı qardaşlarımız, dostlarımla həmişə görüşürük, əlaqə saxlayırıq, onlara qapımız hər zaman açıqdır. Mən aramızda məsafə görmürəm. Bu gözəl şəhər bütün azərbaycanlı qardaşlarımız üçün hər şey etməyə hazırdır. Tələbələriniz bizim övladlarımızdır, bir problemləri olarsa, Əkrəm İmamoğlu buradadır, bilsinlər. Onsuz da biz də onlarla lazımi təmaslar qururuq, narahat olmayın. Bu səbəbdən də analarına, atalarına “Övladlarımız bizə əmanətdir, onların təhsilini başa çatdırıb ölkələrinə faydalı, sizlərə xeyirli övladlar olmaları üçün əlimizdən nə gəlirsə edəcəyik, heç şübhəniz olmasın” - deyə çağırış etmək istəyirəm."

Reportyor.az


MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 5-09-2019, 01:35