mobil versiya

İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün - VİDEO




Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.

REPORTYOR.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.

“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, - məlumatda qeyd olunub.

Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.

Xəbərdə o da vurğulanır ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub.

İcra başçısı onun özəlləşdirərək özünə ev edib.



MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 23-05-2020, 09:40