Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulur
Son günlər ölkədə yoluxmanın dərəcəsi artır.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, yoluxma ilə sağalma arasında fərq böyükdür. Bu, yeni bir situasiya yaradıb. Əsas səbəb karantin qaydalarına əməl edilməməsidir. Bu barədə Koronavirusinfo.az saytına vətəndaşlar tərəfindən şəkillər göndərilir.
"Buna görə də karantin qaydalarının yumşaldılmasının dayandırılması və karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir. Aidiyyətli qurumlar qərargaha müraciət ediblər.
Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkətin tam məhdudlaşdırılması, iş rejimlərinin məhdudlaşdırılması mümkündür. Mağazalar da bağlana bilər. Bununla bağlı sabah Baş nazirin çıxışı olacaq və bundan sonra təfərrüatlar barədə məlumat veriləcək".
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd edib ki, yoluxanların sayı sağalanların sayından 200 nəfər çox olduğundan qurum Nazirlər Kabinetinə komendant saatının tətbiqi ilə bağlı müraciə edib. "Müraciət müsbət qiymətləndirilib və detallar sabah açıqlanacaq".
Ramin Bayramlı həmçinin qeyd edib ki, ola bilsin, bayram günlərində də evdən çıxmaq tam qadağan edilsin.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 3-06-2020, 22:28