Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
Azərbaycanda cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam məhdudiyyət tətbiq oluna bilər.
AFN xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə ictimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə tam qapalı rejim yaradılacaq.
O qeyd edib ki, sabah bununla bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədov ətraflı açıqlama verəcək.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 3-06-2020, 20:10