Maskasız şəxslər məsuliyyətə cəlb edilə bilər
Maskasız şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilə bilər.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, sərbəstlik artdıqca məsuliyyət də artmalıdır: "Karantin qaydalarını pozmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur:
"Maskadan istifadə edilməməyə görə də inzibati məsuliyyətin tətbiqi mümkündür. Ona görə də ictimai yerlərdə maska və qoruyucu vasitələrdən istifadə zəruridir".
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 16-05-2020, 12:40