Metro mayın 11-də açılır? - VACİB AÇIQLAMA
Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində deyildiyi kimi Azərbaycanda mayın 11-dən sonra karantin rejiminə bəzi yumşaltma və ya sərtləşmələr tətbiq oluna bilər.
Bu, ölkədə COVID-19 virusuna yoluxma hallarından asılı olacaq.
Qeyd edək ki, mayın 11-də tətbiq olunacaq yumşaltmalarla bağlı müxtəlif fikirlər səsləndirilir. Bunların arasında “Bakı Metropoliteni” QSC-yə məxsus stansiyaların açılması, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrik qatarlarının reyslərinin artırılması və digər hallar daxildir.
Mayın 11-də yumşaltmaların tətbiq olunmasının nə qədər doğru olmasını dəqiqləşdirmək məqsədilə millət vəkili Fazil Mustafaya müraciət etdik.
Deputat açıqlamasında bildirdi ki, bu, doğru addım olardı: "Çünki indiki vəziyyətdə təhlükə riski daha böyükdür. Avtobuslarda daha çox insan hərəkət etdiyi üçün sıxlıq yaranır. Məsələn, metronu səhər 07:00-dan 11:00-a qədər, axşam isə 17:00-dan 20:00-a qədər işləməsini təmin etmək olar ki, sıxlıq azalsın.
Çünki bu qədər avtobusdan gediş-gəliş problem yaradacaqdı. Xeyli insanlar da maskasız hərəkət etdiyinə görə təhlükə riski böyüyür. Buna görə, metronun açılması artıq vacibdir. Burada müəyyən mənada sosial məsafə gözlənilməli və metroya maskasız heç kim buraxılmamalıdır.
Eyni vəziyyət elektrik qatarlarına da aiddir. Onların da reyslərinin çoxalması ilə barəbər maskadan istifadə məcburi olmalıdır.
Hər yan açıla bilər, amma əsas olan budur ki, maskasız hərəkət edən hər bir şəxsin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulsun. Çünki artıq maskalarımız var, apteklərdə onu tapmaq mümkündür. İnsanlar belə bir vərdişə özlərini öyrəşdirməlidirlər".//BAKU.WS
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 5-05-2020, 16:20