mobil versiya

Ukraynada karantin rejimi mayın 22-dək uzadıldı




Ukraynada mayın 11-dən başlayaraq bir sıra məhdudiyyətlər ləğv edilir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qərarı Ukrayna Nazirlər Kabineti verib.

Məlumata görə, park, bağça gəzintisi, istirahət məkanlarının ziyarəti, qeyri-ərzaq məhsullarının satışı qadağası mayın 11-dən ləğv edilsə də, karantin rejimi mayın 22-dək uzadılıb.

Xatırladaq ki, Şərqi Avropa ölkəsində indiyədək 12 331 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 1 619 nəfər sağalsa da, 303 nəfər vəfat edib.  

SON XƏBƏR
Tarix: 4-05-2020, 15:22