Bakıda Bill Qeytsdən niyə belə qorxurlar - hamının danışdığı o çip...
Pandemiyadan sonra bizə çipi necə quraşdıracaqlar?
Koranavirus bəlası dünyaya yayılandan bəri Çinlə bərabər adı dillərdə əzbər olan bir nəfər var: “Microsoft”un qurucusu Bill Qeyts. Amma onu məşhurlaşdıran öz həyat yoldaşı Melinda ilə birgə “COVID 19” ilə mübarizəyə 100 milyon dollar məbləğində yardım etməsi deyil. Bu faktı az adamlar yada salır.
Bakılı taksi sürücüsü deyir ki...
Azərbaycanda da Bill Qeytsə virusun yayılmasından sonra münasibət birmənalı deyil. Pandemiya yayılandan Bakıda da məşhur milyarderi sevməyənlərin sayı artıb. Harada 5 dəqiqə ayağını saxlayıb söhbət etsən, “hamısı o Qeytsin (Qeys(Məcnun) deyənlər də var) işləridir, neçə il əvvəl demişdi ki, dünyada belə virus yayılacaq. Axırı da onunla bitəcək ki, hamıya çip qoyacaqlar...” Bu adamın adını xüsusilə Bakı taksilərində daha tez-tez eşitmək mümkündür. Adama qəribə gəlir, axı bu Qeyts niyə uzaq Azərbaycanda bir taksi sürücüsünə çip qoymaqda maraqlı olsun ki? Amma tələsməyin, bu təkcə bizim məmləktə aid xof deyil.
Rus qadın iki oğlunu çip qorxusundan meşəyə qaçırıb
35 yaşlı Leninoqorsk sakini pandemiya zamanı 13 və 15 yaşlı iki oğlunu götürərək meşəyə qaçıb. Rusiya mediası yazır ki, uzun axtarışdan sonra onları çirkli və ac-susuz halda taparaq polisə gətiriblər. Qadın deyib ki, uşaqlarını meşədə gizlətməkdə məqsədi internetdə oxuduğu insanlara inplant ediləcək çipdən qaçmaq olub. Hüquq-mühafizə orqanları araşdırıblar ki, qadının heç bir psixoloji problem yoxdur....
"Rusiya 24" telekanılında tanınmış rejissor Nikita Mixalkovun "Besoqon" verilişi ətrafında qalmaqal haqda isə Musavat.com ətraflı məlumat veriıib. Mixalkov ötən ay “Beseqon” adlı müəllif proqramında
Bill Qeytsin ünvanına ittihamlar səsləndirib. Belə ki, Mixalkov iddia edib ki, Qeyts insanların bədəninə koronavirusdan peyvənd adı altında çip yeritmək niyyətindədir. Bu çip vasitəsi ilə isə insanları idarə edəcəklər. Mixalkovun sözlərinə görə, bu, dünya əhalisini azaltmaq və ətraf mühitin yaxşılaşdırılması üçün lazımdır. O, iddia edib ki, bu çiplər vasitəsilə insanları özünü öldürməyə vadar ediləcək. Tanınmış rejissor daha da irəli gedərək ingilis dilində hazırlanmış bir sənəd göstərib və deyib ki, çiplərin tətbiqinə icazə almaq üçün artıq qeydiyyat sənədi də var. O, sənədin nömrəsinə diqqət çəkib: WO/2020/060606. Sonra isə sənəd də üç altı olmasını (666)təsadüfi hesab etmədiyini deyib.
Veriliş bitəndən sonra Mixalkovun dedikləri xüsusilə sosial şəbəkələrdə ciddi müzakirəyə çevrilib. Bu səbəbdən telekanal o vaxtdan “Beseqon”un yayımına qadağa qoyub. Bill Qeytsə çipləşmə ittihamı internetdə rekord sayda-7 milyondan çox izlənmə rekordu qırıb. Mixalkova "nəhayət, heç olmasa kimsə insanlara həqiqəti söyləməkdən qorxmadı" kimi təriflər yağıb...
Çiplər həqiqətən qorxuludurmu?
Çiplərin insan bədəninə implantasiyası yeni söhbət deyil. İlk çipi 1998-ci ildə bir ingilis texnoloq eksperiment üçün özünə quraşdırmışdı. Daha sonra yeni texnologiyanın tərəfdarları yeniliyin üstünlükləri barədə ağızdolusu danışmağa başladılar. “Bədənə implantasiya edilmiş çip mənzilə giriş açarını əvəz edir”, “işə giriş qapısında elektron kilidə barmağı qoymaq kifayət edir” kimi cəlbedici yeniliklər kimin diqqətini çəkməz ki…2002-ci ildən sonra amerikalı alimlər tibb sahəsində yeniliklər etmək üçün bədəndə belə çiplər quraşdırdılar. Bu çiplər vasitəsilə məsələn, qandakı şəkərə nəzarət etmək və xəstəlik səbəbindən səhhəti pisləşən insanlara vaxtında yardım etmək mümkün idi.
İsveçdə yeni texnologiya daha geniş yayıldı-çiplər yerli dəmiryol işçilərinə tətbiq olundu. Bu çiplər səyahət üçün kartı və turniketdən keçidləri təmin edirdi.
Meksikada çiplərdən daha müxtəlif məqsədlərdən istifadə olunur. Belə ki, dövlət məmurlarına hökumət binalarına girmək üçün çip implantasiyası edilir. Bəzi adamlar isə qaçırılmaqdan qorxduqları üçün könüllü olaraq bədənlərinə çip inplant edirlər. İnsanlara çip qoyulmasının tərəfdarı olanlar bunu texnoloji inkişaf, insanların rahatlığına xidmət kimi təbliğ edir, onların əleyhinə çıxanları isə texnofob adlandırılar.
Pandemiyadan sonra bizə çipi necə quraşdıracaqlar?
Ancaq koronavirusun insanların kütləvi çipləşdirməsi məqsədi ilə ortaya atıldığını iddia edənlər bu texnologiyanın daha qorxulu tərəfinə işarə edirlər. Bəs nədir o təhlükə? Bu çiplər vasitəsilə insanın qan hormanlarının tərkibinə nüfuz edərək onun tərkibini dəyişməklə insanları ya öldürmək, ya gücləndirib “qorxmaz əsgər”ə çevirmək mümkündür. Bu cür çipləşmə varsa, əlbəttə ki, gizli laboratoriyalarda sınaqdan çıxarılır.İstənilən texnologiyanın iki məqsədi var – faydalı, bir də təhlükə törədə bilməsi. Yəni əsas niyyətdən asılıdır. Pandemiyadan sonra iqtisadi vəziyyətin ağırlaşacağı, dünyada işsizliyin sayının artması qorxusu insanlarda çipləşmə haqqında mənfi fikirlərini daha da artırıb. Ümumiyyətlə, dünyadakı “antiçiplər ordusu” hər gün artır.
Qeyts dilinin bəlasına düşüb, yoxsa...
Çip nəzəriyyəsində əsas suçlu əlbəttə ki, artıq Bill Geyts “müəyyən edilib”. Texnologiya və farmakologiyaya milyardlarla sərmayə qoyan, Yer kürəsində insanların həddən artıq çox olması, ətraf mühitin həddindən artıq yüklənməsi barədə vaxtilə dedikləri dünyanın ən varlı adamını indi hədəfə çevirib. Multimilyarderin pandemiyadan bir neçə il əvvəl bəşəriyyət üçün təhlükəli bir virusun meydana çıxacağı haqda proqnozu isə indi onun ictimai şüurda "əsas çipçi Bill Qeytsdir" versiyasını möhkəmləndirib.Bu versiyanın bütün dünyadakı tərəfdarları, peyvənd adı altında,insanlara nano-çip yerləşdiriləcəyinə inanırlar. Bunu iddia edirlənlər deyir ki, bu çip vasitəsilə hər kəsin hərəkətlərini idarə etmək, şüurunu yönləndirmək, sağlamlığına təsir etmək mümkün olacaq, hətta çip vasitəsi ilə "artıq insanları” "söndürə" və bununla da Yer kürəsindəki əhalini “tənzimləyə” biləcəklər.
Daha bir təbəqə deyir ki, çip pasportu, bank kartını və bütün vacib məlumatları əhatə edə bilər.
5G qüllərin dağıdırlar...
Bu kimi iddialar dünyada yeni texnologiya qüllələrinə qarşı hücumları artırıb.Məsələn, Rusiyanın “Sobesednik” nəşri yazır ki, martın əvvəlindən bəri İngiltərədə 77 “5G” qülləsi yandırılıb. Proses artıq Hollandiyada da vüsət alıb.
“5G” ultrasürətli internet təmin edəcək tamamilə yeni bir texnologiyadır. Onun əleyhdarları deyirlər ki, sürətli dalğalar ətrafdakı insan hüceyrələrinə nüfuz edib zərər verir, zəifləmiş toxumalar isə xərçəng, sonsuzluq, autizm və ürək xəstəliklərinə səbəb olur.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 6-06-2020, 16:40