ŞOK İDDİA: Virus yayılandan sonra Çin bu addımı atıb
ABŞ-ın Arkanzas ştatı üzrə senatoru respublikaçı Tom Kotton yeni növ koronavirusun mənbəyi barədə məqalə yazıb.
Publika.az-ın Anadolu agentliyinə istinadən xəbərinə görə, amerikalı bildirib ki, hadisələr “COVİD-19”un Çindəki Uhan Virusologiya İnstitutundan yayıldığını ortaya qoyur. Senator virusun Uhandakı dəniz məhsullarının satıldığı bazardan yayıldığı barədə xəbərləri rədd edib. O fikrini belə əsaslandırıb:
“Virusun geniş yayıldığı yarasalar və panqolinlər Uhan bazarında satılmır. Yarasalara yalnız laboratoriyada təmas etmək mümkün olub”.
Senatorun iddiasına görə, Dövlət Departamenti hələ iki il əvvəl Uhan Virusologiya İnstitutunda təhlükəsizlik tədbirlərinin zəif olduğu barədə Vaşinqton adminstrasiyasına hesabat təqdim edib. Amerikalı bildirib ki, virus yayılandan sonra Çin bütün dəlilləri yox edib. Araşdırmaların nəticələri ört-basdır edilib. Dəlillərin yox edilməsinə hərbi mütəxəssislər cəlb edilib.
Buna görə də, “COVİD-19”un Uhan Virusologiya İnstitutundan yayıldığını sübut etmək heç vaxt mümkün olmayacaq.
SON XƏBƏR / BANNER / GÜNDƏM
Tarix: 22-04-2020, 11:40