“Koronavirusdan əvvəldən xəbəri vardı” – Kəşfiyyatdan sensasion iddia
ABŞ Prezidento Donald Tramp kəşfiyyatın KOVID-19 pandemiyası ilə bağlı noyabrda yayımladığı məlumatları “saxta” adlandırıb.
REPORTYOR.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ prezidenti medianı yalan məlumatlar yaymaqda ittiham edib.
“Bu, ABC kanalının saxta xəbərləridir. Onlar bu yalan xəbəri yayanda da səhv olduğunu bilirdilər”, - Tramp bildirib.
Bundan əvvəl ABC telekanalı ABŞ kəşfiyyatının hələ 2019-cu ilin noyabr ayında Çinin Uhan şəhərində koronavirusun yayılması barədə Amerika hakimiyyət orqanlarını xəbərdarlıq etdiyini bildirib. Mənbə iddia edib ki, peyk şəkillərinin təhlilləri əsasında Uhandakı xəstəliklə əlaqədar hazırlanmış hesabat ABŞ Milli Tibbi Kəşfiyyat Mərkəzi (NCMI) tərəfindən hökumətə təqdim edilib.
Dekabr ayında mütəmadi olaraq nüfuzlu siyasətçilərin iştirakı ilə bu mövzuda brifinqlərin keçirildiyi və yanvar ayında Trampın vəziyyətin inkişafı ilə bağlı gündəlik məlumatlar aldığı qeyd edilib.
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 10-04-2020, 13:40