mobil versiya

Ordumuz düşmənin müqavimətini qıraraq irəli gedib - Müdafiə Nazirliyi



“Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində uğurla davam edir".

REPORTYOR.AZ xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, gecə ərzində və bu dəqiqələrdə cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir:

"Uğurlu əməliyyat nəticəsində Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Füzuli istiqamətində əsgərlərimiz düşmənin müqavimətini qıraraq irəli gedib. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır".

MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 2-10-2020, 15:33