mobil versiya

Böyrəyi xəstə olanlar bu göyərtiləri yesin



ABŞ Milli tibbi Kİtabxanasının dərgisində çap olunan elmi məqalədə alimlər ot və göyərtilərin yüksək antioksidant təsirini sübut edib.

Qeyd olunub ki, yaşıl ot, bitkilər,göyərtilərdə olan antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyur, təmizləyir, onlar C, K vitamini, beta karotin, kaliy, dəmirlə zəngindir.

"Medicina" xəbər verir ki, alimlər ürək, böyrək, sidik kisəsi iltihabi xəstəlikləri, infeksiyaları, şişləri və damar tıxanmasına qarşı müalicəvi yaşıl bitki və ədviyyatların adlarını da açıqlayıb.

Bunlar mixək, darçın, rozmayin, sürvə, oreqanodur.

Göyərtilərdən salat, kahı, cəfəri, keşniş, reyhan daha effektivdir.

Cəfəri neçə illərdir yüksək təzyiq, sidik yollarında iltihaba qarşı istifadə olunur.

MARAQLI / SAĞLAMLIQ / SOSİAL
Tarix: 15-09-2022, 15:00