Sarıkök arıqlamağa kömək edirmi?
Bir çox dietoloqlar yeməklərə sarıkök - kurkumin əlavə etməyin piyləri yandırıb, arıqlamağa kömək etdiyini bildirir.
"Medicina" xəbər verir ki, həkim endokrinoloq Olqa Pavlova sarıkökün belə bir təsiri olub-olmamasına aydınlıq gətirib.
Sarıkök tərkibindəki unikal kurkumin maddəsinə görə iltihab əleyhinə, antibakterial, ağrıkəsici təsir göstərir.
Bundan başqa sarıkök həzm sistemi, ürək-damara, ateroskleroza təsirlidir.
"Sarıkök arıqlamağa belə təsir edir. O, qaraciyərdə qlükozanın səviyyəsini azaldır, insulinə həssaslığı artırır. Eləcə də qanda qlükoza miqdarını salır.
O, karbohidrat mübadiləsini tənzimləyir. Ona görə piylərin toplanmasının qarşısını alır.
Şəkərin profilaktikası və bu faydalar üçün qaşıq-qaşıq sarıkök qəbuluna ehtiyac yoxdur.
Gündə cəmi 2 qram təmiz sarıkökü yeməklərə səpib yesəz kifayətdir".
MARAQLI / SAĞLAMLIQ
Tarix: 19-09-2022, 13:38