mobil versiya

Ağciyərləri tərtəmiz edən möcüzəvi qidalar - Təsirlərinə inanmayacaqsınız




Ürək, damar, ağciyər xəstəliklərindən tutmuş cildin deformasiyası və sürətlə qocalmağa səbəb olan bir çox problemin qaynağı siqaretdir. Minlərlə insan siqaretin zərərlərindən xəbərdar olsa da, nikotindən imtina etmir. 

Mütəxəssislər bəzi qidalarla nikotinin zərərli təsirinin azaldıla biləcəyini söyləyir.

Su 

Orqanizmdə toplanan nikotini kənarlaşdıran ən effektiv vasitələrin birincisi sudur. Çünki su bədəndə qalan tullantıları xaricə atmaqda əhəmiyyətli rola malikdir.



Kök

Karotenoid antioksidant birləşməsi ilə zəngin olan kök nikotini təmizləməkdə effektivdir. A vitamini sayəsində nikotinin dəriyə verdiyi zərərləri bərpa edir. 100 qr kök gündəlik A vitamini ehtiyacını qarşılayır. Hər gün 1 ədəd kök yemək ağciyər xərçəngi riskini 50% azaldır.



Balqabaq

Beta-karotinlə zəngin olan balqabağın 1 kasası 1 günlük A vitamini ehtiyacının 35%-ni qarşılayır. Siqaret çəkənlərin bədənini vitaminlə zənginləşdirməkdə effektivdir.



Kivi

Portağaldan ikiqat çox C vitamininə sahib olan kivi nikotin savaşçısıdır. Siqaret çəkən insanlar A, C və E vitamini çatışmazlığı yaşayır. Buna görə də bolluca kivi yeməlidirlər. “Carcinogenesis”də aparılan araşdırmaya görə, kivi DNT-də yarana biləcək oksidləşdirici zərərləri məhdudlaşdırır, hüceyrələri bərpa edir.



Portağal 

Sağlamlığa əhəmiyyətli faydaları olan portağal C vitamini və eyni zamanda, xərçənglə savaşan fito-kimyəvi, flavonoidlərlə sağlamlıq deposudur. Qan dövranını artırır və qanı yeniləyir.



Brokkoli

Brokkoli qaraciyərdə ciddi təxribatlara səbəb olan nikotinlə savaşmaq üçün mütləq yeyilməsi vacib olan qidalardandır. C vitamini ilə zəngindir.



Qırmızı kələm

Turpkimilər ailəsinə məxsus qara kələm xərçəngin düşmənidir. Antioksidant təsiri sayəsində başda nikotin olmaqla, zərərli maddələri xaric edir. Tərkibində dəmir, kalsium, kalium və maqnezium var.



İspanaq

Digər nikotin savaşçısı ispanaqdır. Dəmir və fol turşusu ilə zəngindir. Fol turşusu tütünün dadını dəyişdirir və siqaretdən çəkindirir.



Çuğundur

Möhtəşəm dəmir və fol qaynağıdır. Nikotinin düşmənidir. Qaraciyər üçün mükəmməl tonikdir. Qanı təmizləyir.



Zəncəfil

Zəncəfil, onsuz da, orqanizmə faydaları ilə əfsanəvi bitkiyə çevrilib. Möcüzəvi qida olan zəncəfil ağciyərin təmizlənməsində effektivdir. Siqaretin dadını dəyişdirir.



Sarıkök

Zəncəfil ailəsinin üzvü olan sarıkök ensklopediyanı dolduracaq qədər faydalara məxsusdur. Tam bir qaraciyər dostudur. Hətta Hindistanda məhz sarıkökə görə xərçəngin olmadığı bildirilir.



Publika.az

SAĞLAMLIQ / MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 3-05-2020, 12:00