Bu xəstəliklərin çarəsi heyvadır - Faydaları
Mövsümi meyvələrdən heyvanın insan orqanizminə hansı faydaları olduğunu bilirdiniz?
Lent.az mütəxəssislərin araşdırmalarına əsasən, heyvanın sağlamlığımıza müsbət cəhətlərini təqdim edir.
Heyva meyvələrində şəkər, üzvi turşular, karotin və C vitaminləri, aşı maddələri, efir yağı, dəmir duzları və s. bir çox faydalı və müalicə əhəmiyyətli maddələr var. Toxumlarında isə selikli maddələr, yağ, qatran və çoxlu miqdarda zülal mövcuddur.
Qlükoza, fruktoza, kalsium, dəmir, fosfor və kalium duzları, mis birləşmələri və pektinlə zəngindir.
Heyva mürəbbəsi və ya bişmiş heyva qaraciyər xəstəliklərinin müalicəsində effektiv vasitədir.
Təzə meyvənin şirəsi qan azlığında, həzm yolları, ürək-damar sisteminin xəstəlikləri və ya ishal zamanı sidikqovucu vasitə kimi qəbul edilir.
Heyva qusma dayanmasına kömək edir, heyva toxumu isə antiseptik xüsusiyyətlərə malikdir. Şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün də faydalıdır.
Dəmir mikroelementi ilə olduqca zəngindir. Bu səbəbdən heyva anemiya (qanazlığı) zamanı insana böyük kömək edə bilər. Uşaqlara heyva şirəsi və heyva kompotları vermək məsləhətdir. Orqanizmdə "pis" xolesterinin azalmasına kömək edir.
Heyva şirəsi iltihab əleyhinə və bəlğəmgətirici təsirə malik olduğuna görə, bronxit, bronxial astma, müxtəlif soyuqdəymələr və iltihablar zamanı uğurla istifadə oluna bilər.
Həmçinin bu meyvənin ağacı da soyuqdəymə zamanı istifadə oluna bilər. Belə ki, ağacın qol-budaqlarının qabıqlarını soyub qurudub, sonra ondan çay hazırlayıb, soyuqdəymə zamanı içirlər.
MARAQLI / SAĞLAMLIQ
Tarix: 9-10-2022, 17:37