Bu qidaları qoxulamaqla arıqlayın - İştahanı azaldır
Artıq çəkidən xilas olmaq üçün ağlınıza gələn ilk şey kaloriləri azaltmaqdır.
Ancaq arıqlamaq üçün daha fərqli bir yol ortaya çıxıb. Belə ki, bəzi qoxular iştahanı azaldır, bəziləri isə toxluq hissi yaradır.
Bəs, hansı qoxular iştahanı azaldır?
Bakupost.az artıq çəkidən qurtulmaq istəyənlər üçün həmin araşdırmanı təqdim edir:
SARIMSAQ VƏ SOĞAN
Sarımsaq və soğan kimi qidalar kəskin qoxusu sayəsində iştahanızı azalda bilər. Sarımsaq qoxusu olan ədviyyatlı yeməklər böyük parçaları tez yeməkdən çəkindirəcək. Bu qoxu beyni sanki aldadır. Bu şəkildə daha qısa müddətdə arıqlamanıza kömək edir.
QREYFRUT
Qreypfrut C vitamini ilə zəngindir. İmmunitet sistemini gücləndirir. Yeməyə başlamazdan əvvəl təzə, çəhrayı qreypfrutu iyləmək iştahanızı azalda bilər.
NANƏ
Nanə qoxusu məşqlərinizi artıracaq və daha sürətli nəticə əldə etməyinizə səbəb olacaq. Mütəxəssislər bildirirlər ki, təzə yaşıl yarpaqlar və ya nanə qoxusu əhvalınızı yüksəldir, enerjini artırır.
ZEYTUN YAĞI
Zeytun yağı müntəzəm olaraq qəbul edildikdə həzm sisteminin nizamlı işləməsini təmin edir. Bağırsaqları işlədir və qəbizliyin qarşısını alır. Maddələr mübadiləsini sürətləndirdiyi üçün yağ yandırılmasını dəstəkləyir. Hətta sadəcə olaraq zeytun yağının qoxusu da özünüzü tox hiss etməyə kömək edir.
MARAQLI / SAĞLAMLIQ
Tarix: 23-10-2022, 19:22