Qanın çox duru olması niyə təhlükəlidir?
Əgər qatı qan tromb yaradırsa, duru qan da qansızma, damar partlama və qanama riski yaradır.
Bakupost.az qanın normadan artıq duru olmasının 4 əlamətini təqdim edir.
Həkimlər duru qandan o halda ehtiyat edirlər ki, trombositlərin sayı normadan çox aşağı düşür. Buna trombositopeniya deyilir.
Qan o vaxt duru olur ki, onda maye, su həddən artıq çox olsun. Bu zaman bədəndə ödem yaranır, təzyiq qalxır.
Qanın duru olmasının əsas əlamətləri:
- Bədəndə heç bir zərdə olmadan naməlum göyərmələr, qançırların yaranması, bunlar qolda, ayaqda iri sahəli göyərmələrdir
- Qanaxmaya meyillirik- damaq, diş dibi, burundan səbəbsiz qanaçılma, qadınlarda güclü menstruasiya
- Petexiyalar - dəridə, bədənin səthində çoxlu sayda bənövşəyi nöqtələr əmələ gəlir
- Yorğunluq, halsızlıq - yuxu və istirahətə baxmayaraq, insan daim əzgin olur. Qanazlığı hiss edilir
Əgər bu əlamətlər varsa, mütləq qanın analizi verilib, trombositlərin sayına diqqət yetirmək lazımdır.
MARAQLI / SAĞLAMLIQ
Tarix: 10-11-2022, 16:45