mobil versiya

Alkoqolun hansı dozası qanda tromb yaradır?



Alkoqoldan aşırı istifadə etmək orqanizmi susuzlaşdırıb, tromb əmələ gəlməsinə səbəb olur.

"Medicina" xəbər verir ki, bu barədə professor Mark Uaytli məlumat verib.

"Tromb əmələ gəlməsi orqanizmində bütün mayenin yuyulması ilə bağlıdır. Alkoqol trombozun əsas günahkarlarından biridir.


Spirtli içki sidikqovucu təsirə malikdir, nəticədə orqanizmin susuzlaşmasına səbəb olur.

Bu o deməkdir ki, bu zaman orqanizmə siqnal qanın laxtalanması siqnalı göndərilir.

Burda alkoqolon miqdarı rol oynayır.

Məsələn, 350 ml və yuxarı miqdarda pivə, 150 ml şərab standart birdəfəyə yol verilən dozadır.
Əgər gündə 3 dəfə bu miqdar qəbul edilsə, tromb əmələ gətirir.

Bu zaman ağciyər emboliyası, infarkt baş verir.

Eyni təsir qəhvəyə də aiddir. Çox miqdarda kofein və siqaret də eyni təsiri göstərir.
Orqanizm susuzlaşır, qan laxtalanır, damar içində qan laxtası bərkiyir.

Bu içkiləri mümkün qədər az dozada içmək lazımdır".

MARAQLI / SAĞLAMLIQ
Tarix: 7-10-2022, 19:15