mobil versiya

İftardan sonra bunu etmək infarkt riskini artırır - XƏBƏRDARLIQ - VİDEO



Bir çoxları iftardan sonra dalbadal bir neçə siqaret çəkir.

REPORTYOR.AZ-ın ATV-yə istinadən məlumatına görə, kardioloq bildirir ki, oruc tutan zaman siqaret aludəçisi olan şəxsin orqanizmində nikotin əksikliyi yarandığından, iftardan sonra bir neçə siqaret çəkməli olur. Amma bu, çox təhlükəlidir.

Çünki orqanizm yüksək miqdarda nikotin təsirinə məruz qalır, bu, təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə odur ki, bu, infarkt və beyin qanamasına da gətirib çıxara bilir.

Oqtay Musayev - kardioloq: "Siqaret orqanizmin balansını poza bilər. Ən çox qorxduğumuz isə damarlarda spazm verə bilər. Damarlarda spazm verərsə, bu spazm nəticəsində infarkt təhlükəsi qısa müddətdə özünü göstərə bilər. Ani infarktlar yarada bilər. Təbii ki, bu da ani ölümlər, çox ciddi ağırlaşmalara səbəb olur. Siqaretin çoxlu miqdarda çəkilməsi qanın qatılığını daha da artırır, tromblaşmalara səbəb ola bilər".

Həm iftarda, həm də sonrakı saatlarda çox yemək və maye qəbul etmək də orqanizm üçün zərərlidir.

Oqtay Musayev - kardioloq: "Birdən-birə çoxlu miqdarda yemək qəbulu da ani təzyiq qalxmalarına səbəb ola bilər. Xüsusən də ürək problemi olan insanlarda ürək-damar problemlərinin birdən-birə kəskinləşməsinə səbəb ola bilər.

Ona görə də düzgün qidalanma və sağlam qidalanmaya riayət etmək lazımdır".

Həkim həmçinin məsləhət gördü ki, iftarı açandan sonra sulu yeməklər və bol meyvə-tərəvəz qəbul etmək məsləhətdir.



SAĞLAMLIQ / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 7-05-2020, 10:04