mobil versiya

Yanvarın 1-dən Türkiyədə turistlərə əlavə vergi tətbiq ediləcək


Türkiyədə 2023-cü il yanvarın 1-dən turistlərə əlavə vergi tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, rəsmi qəzetdə dərc olunan yeni qərara əsasən, vergi miqdarı iki faiz olaraq müəyyən edilib. Xarici diplomatlar və yataqxanalarda, eləcə də düşərgələrdə qalan tələbələr istisna hal kimi qəbul edilir.
Müvafiq qərar qısamüddətli kirayə mənzillər, otellər, tətil kəndləri, apart otellər, qonaq evləri, düşərgələr, dağ evləri və xizək mərkəzləri kimi turistik obyektləri, burada göstərilən xidməti və obyekt daxilində təklif olunan bütün digər xidmətləri əhatə edir.
Gündəlik kirayələrdə gecəni başa vurmadan obyekti tərk edənlər vergi ödəməyəcək.
Qeyd edək ki, Türkiyə Səyahət Agentlikləri Dərnəyinin (TÜRSAB) İdarə Heyətinin sədri Firuz Bağlıkaya heç bir problem yaranmadığı təqdirdə, Türkiyənin Cümhuriyyətin 100-cü il dönümü olan 2023-cü ildə ən çox turist sayına və tarixin ən yüksək gəlirinə çatacağının gözlənildiyini deyib.

MARAQLI / DÜNYA
Tarix: 14-12-2022, 17:44