Hazırda internet istifadəçilərinin 62,73 %-i “Google Chrome”a üstünlük verir.
"Trend"in məlumatına görə, “Safari” isə 20,59 % istifadə nisbətinə malikdir. “Microsoft Edge”, internet istifadəçilərinin 5,3 %-i tərəfindən istifadə edilir.
“Opera”nın istifadə nisbəti 3,01 % olduğu halda, “Mozilla Firefox” isə 2,79 % istifadə nisbətinə malikdir. Xüsusilə “Samsung” telefon sahiblərinin üstünlük verdiyi “Samsung Internet”də bu nisbət 2,44 % təşkil edir.
Ən populyar brauzerlərin reytinqini təqdim edirik: