Ata Abdullayev Amerikada qaradərili xanımla ailə həyatı qurdu - VİDEO
"Toy Bakıda olacaq, xanımım Azərbaycan vətəndaşlığı üçün müraciət edəcək"
Özünü videobloger kimi təqdim edən Ata Abdullayev Amerikada ailə həyatı qurub.
Musavat.com xəbər verir ki, o, bunu sosial şəbəkədə yaydığı video ilə elan edib. Videokadrlarda A.Abdullayev qaradərili bir qadınla kilsədə üzbəüz dayanıb və rahib onların nikah mərasimini gerçəkləşdirir.
Musavat.com-a açıqlamasında A.Abdullayev bu görüntülərin gerçək olduğunu, lazım gələrsə, mərasimin tam videosunu yaya biləcəyini bildirdi. Onun sözlərinə görə, Emmori adlı bu xanımla 2014-cü ildən bəri münasibətləri var və onu rəsmiləşdiriblər. O, xanımının yaşını açıqlamasa da, onu yaxın zamanda Bakıya gətirəcəyini bildirdi: "Emmori Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edəcək. Mən ölkəmizin firavanlığı, əmin-amanlığı ilə bağlı ona o qədər danışmışam ki, o da buranın vətəndaşı olmaq istəyir".
A.Abdullayev xanımının "biznes lady" olduğunu dedi. O, bu nikahı Amerika vətəndaşlığı qazanmaq üçün etməsi ilə bağlı iddiaları isə yalanladı: "Mən Azərbaycan vətəndaşlığı ilə fəxr edirəm. Xanımın da buranın vətəndaşı olmaq istəyir. Bakıya gələn kimi onu ulu öndər Heydər Əliyevin məzarına aparacam. Ölkəmizə gələn hər bir əcnəbi vətəndaş o məzarı ziyarət etməlidi. Emmori də ora getmək istədiyini dedi".
A.Abdullayev yaxın zamanda Bakıda da təmtəraqlı bir toy məclisi keçirəcəyini və ölkənin tanınmış insanlarını ora dəvət edəcəyini dedi.
MARAQLI / BANNER / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 2-12-2019, 22:55