mobil versiya

Rəqsanəyə qarşı İNANILMAZ ittihamlar - FOTO



Müğənni Rəqsanə İsmayılova ilə jurnalist Ülviyyə Alovlu arasında qalmaqal gündən-günə alovlanır.

BAKU.WS xəbər verir ki, Rəqsanənin jurnalistin dünənki açıqlamasına cavabı vəziyyəti daha da gərginləşdirib. Ü.Alovlu Moskvada yaşayan müğənninin aşağılayıcı və rişxənd dolu "İnstagram" statusuna elə onun tərzdə cavab verib.

Alovlu budəfəki açıqlamasında ciddi ittihamlar irəli sürüb: 

"Cinayətkar kimi ölkədən qaçan müğənniciklərdən biri dolayı yolla mənim fəaliyyətimi dəyərləndirməyə çalışıb. Ona deyin narahat olmasın, son ayların fəaliyyəti onun yalanlarının ifşasına həsr olunub. Belə ki, Bakıya gələndə əkiz oğlana hamilə olduğunu bəyan etdin, amma etdiyin əməllərin və Ülviyyə Alovlunun ahının nəticəsi olaraq vaxtından erkən doğduğun iki körpədən qız qaldı, arzusunda olduğun oğlan tələf oldu. Bax, Allahın çəkdirdiyin ahlara cavabı belə olur...

Sən maqazin proqramlarını pulla alıb, guya əkizin varmış kimi CeyLo sayaq evində reklam edə bilərsən, amma araşdırmalardan məlum olur ki, Ülviyyə Alovlunun ahına yazılacaq deyə, qorxundan oğlunun tələf olduğunu etiraf edə bilmirsən və bu səbəbdən hətta suroqat anaya müraciət edib, EKO yolu ilə onun bədəninə "oğul" əkdirmisən.

Gör insan nə qədər rəzil olmalıdır ki, uşaqlarının sayı ilə gündəmdə qalmağa çalışsın və bunun üçün belə gülünc manipulyasiyalara əl atsın. Guya görən bilməyəcək ki, bu "əkizlərin" ən az 2 yaş fərqi var?

Nə qədər rəzil olasan ki, hər sənə qarşı cinayət işi açılanda uşağa qalasan ki, sənə iş düşməsin. Məhz bu səbəbdən, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğun üçün illərdir üzünü görmədiyin Bakıya keçən il gələ bildin. Məhz elə eyni səbəblə, sənin ananla bacın Türkiyədə insan alverinə görə həbs olunanda səndən yan keçdi. Çünki atasının kimliyi özünə də bəlli olmayan uşağa hamilə qala bildin".

Jurnalist fikirlərini bu sözlərlə yekunlayıb:

"Fəaliyyətimin nəticəsini bütün təfərrüatı ilə yazım yoxsa hələlik bəsdir? Məni cinayətlə hədələməkdənsə, gözün sağ qalan körpəndə olsun ki, növbəti ahıma səbəb olub, onu da tələf eləməyəsən".


MARAQLI / BANNER / ÖLKƏ
Tarix: 5-12-2019, 14:15