mobil versiya

“Stolperstein”- dünyada mərkəzi olmayan ən böyük abidə - VİDEO




İkinci Dünya Müharibəsi zaman Holokost qurbanlarının xatirəsi dünyanın 25 ölkəsində olduğu kimi Almaniyada da anılır. Xeber.de-nin məlumatına görə, bu gün Almaniyanın Münhen şəhərindən başqa yəhudilər, qaraçılar, fiziki və zehni əlillər, komunistlər və s. nasist rejimin qurbanlarının adı, deportasiya olunduqları tarix və qətlə yetirildikləri yer eni və uzunu 10 sm olan pilitələrin üzərinə yazılaraq onların əvvəl yaşadıqları binaların qarşısındakı səkiyə düzülür. Məqsəd yoldan keçənlərin həmin piltələrdəki adları görüb, Holokost qurbanlarını yat etmələri, onları unutmamasıdır.

Stolpaştayn layihəsi ilk dəfə 1992-ci ildə alman rəssam Günter Demnig tərəfindən hazırlanıb və həyata keçirilib.

2018-ci ildəki hesabata görə, artıq bu layihə çərçivəsində 70 min piltə döşənib. İlk Ştolpaştayn (Stolperstein - almanca) 16 dekabr 1992-ci ildə Almaniyanın Köln şəhərindəki tarixi Bələdiyyə Binası qarşısına düzülüb. İlk daş piltənin burada düzülməsinə səbəb İkinci Dünya Müharibəsi zamanıda ilk dəfə yəhudilərin və qaraçıların Kölndən Adolf Hitlerin generalı Heinrich Himmlerin əmri ilə konsentrasiya düşərgələrinə sürgün edilməsi və bu hadisənin kütləvi deportasiyaların başlanğıcı kimi qəbul edilməsidir.

Stolpaştayn xatirə piltələrinə Avropa qitəsinin 25 ölkəsində və 1200-dən çox şəhərdə rast gəlinir. Bir piltənin hazırlanması təxminən 120 avroya başa gəlir. İndiyə kimi düzülən piltələrin xərcini dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən yəhudi icmaları qarşılayıb.

Holakost qurbanlarının xatirəsi üçün növbəti piltələrin 2021-ci ildə Serbiyada düzülməsi gözlənilir.

Hazırladı © Fərahim İLQAROĞLU 
xeber.de



MARAQLI / SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 19-03-2020, 13:15