Bizi koronavirusdan xilas edəcək ƏN BAŞLICA METOD: Mütləq izləyin - VİDEO
Əllərimizi su və sabunla 20-30 saniyə ərzində yumaq bütün dünyanı cənginə alan koronavirus (COVİD-19) epidemiyasına qarşı həyata keçirə biləcəyimiz ən vacib tədbirlərdən biridir.
Əllərimizi mütəmadi yumaq təkcə koronavirusa qarşı yox, demək olar ki, bütün yoluxucu xəstəliklərə qarşı divar funksiyasını yerinə yetirir.
Sabun dərinizdəki yağları və çirkləri parçaladığı halda, su dərinin səthində olan mikrobları tamamilə yuyub aparır.
“Tvitter” sosial şəbəkəsinin Harjinder Singh Kukreja adlı istifadəçisi səhiyyə mütəxəssisləri tərəfindən tövsiyə olunan ən düzgün əl yuma texnikasını göstərən video hazırlayıb. Məlum video qısa müddətdə “Tvitter”də 16 milyondan çox izlənmə sayı toplayıb.
45 saniyəlik video sabunla əl yumağın özünüzü, ailənizi və ətrafınızdakı insanları qorumağın ən vacib yollarından biri olduğunu açıq şəkildə göstərir.
Həmin görüntüləri təqdim edirik:
Publika.az
MARAQLI / BANNER / KARUSEL / GÜNDƏM / VİDEOXƏBƏR / REDAKTOR SEÇİMİ
Tarix: 23-03-2020, 14:12