mobil versiya

Koronavirusdan müdafiə üçün şərf yaradıldı



Mançester Texnologiyalar İnstitutunun alimləri koronavirusdan müdafiə üçün xüsusi şərf yaradıblar.

Bu barədə “Daily Mail” xəbər yayıb. 

Yeni ixtira tibbi maskaların mükəmməlləşdirilmiş analoqudur.

Şərfi bir neçə saat taxmaq olar. Onu dəfələrlə istifadə etmək və yumaq mümkündür.

Bildirilib ki, şərf mikroblarla təmasdan sonra insan orqanizminə zərər vermir.

Onun effektivliyi virusun ona yapışmasına səbəb olan xüsusi kimyəvi örtükdədir, hansı ki, mikroorqanizm sonra burada aktivliyini itirir.
Şərf başdan taxılır. Yeni müdafiə vasitəsi artıq satışa çıxarılıb.



MARAQLI / SON XƏBƏR / DÜNYA
Tarix: 8-04-2020, 14:20