mobil versiya

Ekran qarşısında keçirdiyi vaxtı azaltmaq istəyənlərə 5 TÖVSİYƏ




Televizorunuzu söndürdünüz, telefonunuza baxdınız və saatın gecə 2 olduğunu gördünüz. Yəni kompüterinizi açıb ekran qarşısında işə başlamağınıza cəmi bir neçə saat qalıb...

Xüsusilə Covid-19 epidemiyası dövründə evində kompüter qarşısında işləyənlərdənsinizsə, bu, o deməkdir ki, siz də gün ərzində bir ekrandan digərinə baxanlardansınız.

"iPhone" istifadəçilərinin telefonlarında göstərilən həftəlik ekrandan istifadə müddəti son vaxtlarda bir çox insanı təəccübləndirəcək qədər yüksək çıxır. Epidemiyadan əvvəlki dövrlə müqayisədə mobil telefondan istifadə 30 faiz artıb.

Ekran qarşısında çox vaxt keçirmək fiziki və mənəvi sağlamlığınıza mənfi təsir edə bilər. Əgər siz də küçəyə çıxma məhdudiyyətləri dövründə daha çox ekran qarşısında qaldınızsa və bu vəziyyətdən şikayət edirsinizsə, sağlamlığınızı qorumaq üçün bu tövsiyələr köməyinizə çata bilər.

1. Fasilə verin

Səhiyyə işçilərinin ekran qarşısında keçirilən vaxtla bağlı tövsiyə etdikləri konkret bir müddət yoxdur. Lakin Doktor Çeta Kanq (Chetna Kang) deyir ki, ekran qarşısında həyatınıza müdaxilə edəcək qədər uzun saatlar keçirmək istəməzsiniz. Dr. Kanq Londonun Nightingale xəstəxanasının Psixi Sağlamlıq şöbəsində texnoloji asılılıq sahəsində ixtisaslaşan mütəxəssisdir. O tövsiyə edir ki, ekran qarşısında bir oturuşda çox vaxt keçirməyin. 15 dəqiqəlik fasilə belə sizin üçün yaxşıdır. Kompüter qarşısında uzun vaxt keçirmək gözlərinizi yora və baş ağrısına səbəb ola bilər.

2. Sizi ekran qarşısına sürükləyən səbəbləri tapın

Nəyə görə əlimiz telefonumuza, kompüterimizə və televizorun pultuna uzanır?

Dr. Kanq deyir ki, əgər bu suala qaneedici cavab verdiyinizi düşünürsünüzsə, ekran qarşısında keçirdiyiniz müddətin sağlam olduğunu fərz edə biləcəyinizi deyir, amma bununla yanaşı bir xəbərdarlığı var: Bəzən sadəcə vərdişə çevrildiyi üçün avtomatik olaraq əliniz bu cihazlara tərəf uzanır.

O deyir ki, bunun qarşısını almaq üçün sizi ekran qarşısına sürükləyən səbəbləri tapmalısınız. Bunlar sıxıntı, bir şeydən narahat olmaq və ya bir şeyə hirslənmək ola bilər.

Rahatlamaq üçün ekran qarşısına keçmək əvəzinə yaşadığınız sıxıntı haqqında biri ilə danışa, onun barəsində bir məktub yaza və ya sizi başqa bir şeyə təşviq edəcək alternativ tapa bilərsiniz.

3. Ekran qarşısında keçirəcəyiniz vaxtı planlaşdırın

Həyatımızda bir çox şey kimi, bunu planlamaq da çox faydalı ola bilər. Mavi işıq yuxunuzu qaçıra bilər. Dr. Kanq gün ərzində ekran qarşısında olmayacağınız vaxtları planlaşdırmağın yaxşı üsul olacağını deyir: "Səhər heç ekran qarşısına keçməyəcəyiniz bir vaxt müəyyən edin".

Bir çox insan zəngli saat olaraq telefondan istifadə edir. Dr Kanq buna sadə həll yolu təqdim edir: "Normal zəngli saat səhər oyandığınızda ekran qarşısından uzaqda keçirəcəyiniz vaxtı bir az artırar.

Ağıllı telefonlar və sosial media Xristianlığa necə təsir göstərir? Saatlarla serial izləyib sonra özünüzü günahkar hiss edirsiniz? Bu vərdiş o qədər pis olmaya da bilər.

4. Əlaqə qurmaq üçün alternativ üsullar

Zoom, FaceTime, Skype və ya Houseparty proqramları - bu günlərdə sevdiklərimizi görə bilməyin tək yolu video zənglərdir.
Dr. Kanq əlaqə qurmağın sadəcə ekranlarla məhdudlaşmadığını deyir. Ekrana baxmaqdan başqa, başqalarının nə dediyini dinləməyin vacib olduğunu deyən Dr. Kanqın sözlərinə görə, bu cür əlaqələr adi telefon zəngləri vasitəsilə də qurula bilər:

"Kameraya baxırıq. Bəzən görüntü donur, səs üst-üstə düşmür və buna görə qulaq asmaq üçün daha çox diqqət etmək tələb olunur".
Hələ də sevdiklərinizlə danışa bilərsiniz, amma bir fərqlilik olsun deyə köhnə üsulları yoxlaya bilərsiniz.

5. Ekrandan uzaq fiziki məşğuliyyət

Epidemiyadan əvvəlki dövrdə işdən sonra dostlarınızla görüşürdünüz və ya axşam yeməyi üçün çölə çıxırdınız - bunlar ekrandan kənar edilən məşğuliyyətlərdir.

Bunun artıq mümkün olmadığı bəllidir. Amma artıq onun əvəzinə, iş bitəndə kompüterinizi kənara qoyub PlayStation oyununa və ya Neflixə yönəlmiş ola bilərsiniz.

Dr. Kanq fiziki məşğuliyyətlərə yönəlməyin vacib olduğunu deyir. İşdən sonra ekrandan uzaq fiziki məşğuliyyət tapmağın vacib olduğunu deyir:

"Hamımız ekrandan kənar keçirilən vaxtın nə olduğunu bilirik, ailə ilə keçirilən vaxt və ya kitab oxumaq kimi. İşdən sonra nə ilə məşğul ola biləcəyimiz barədə şüurlu seçim etməliyik - yemək bişirmək və ya qaçmağa çıxmaq kimi".

Bu, fiziki sağlamlığımız üçün də yaxşıdır. Dr. Kanq ekran qarşısında uzun vaxt keçirənlərin çiyin və ya boyun ağrısından şikayətləndiklərini deyir və "bunun əsl səbəbi durduğunuz vəziyyətdir. Yataqda və ya bir stulda oturaraq ekranlara baxırıq" deyir.

Realist yanaşsaq, ekransız həyat artıq mümkün deyil. Dr. Kanq bunu da qəbul edir və bu tövsiyələri verir: "Ekranlar hər yerdə var və onlara ehtiyacımız var. Həyatımıza kömək edirlər. Ekransız həyatı fikirləşmək əvəzinə, ekran qarşısında keçirdiyimiz vaxtdan kəsərək nəzarəti təmin etməliyik".

MARAQLI / SON XƏBƏR / KARUSEL / SOSİAL
Tarix: 25-05-2020, 16:36