mobil versiya

ŞOK: Azərbaycanda vəkil intihar etdi



Azərbaycan Vəkillər Kollegiyasının üzvü özünü asaraq öldürüb.

Kollegiyadan e-huquq.az-a verilən məlumata görə, vəkil Namiq Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.

N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü N.Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.

MARAQLI / SON XƏBƏR / HADİSƏ / ÖLKƏ
Tarix: 27-08-2020, 16:49