mobil versiya

15 nəfər COVID-19-a yoluxub


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 825 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 409 nəfər müalicə olunaraq sağalıb, 10 006 nəfər vəfat edib, aktiv xəstə sayı 565 nəfərdir.
Ölkədə son sutka ərzində 743, hazırkı dövrədək isə 7 421 167 test aparılıb.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 26-12-2022, 20:55