Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olunub
Tanınmış mama-ginekoloq Mehriban Adil qızı Abasquliyeva Respublika Perinatal Mərkəzinə yeni direktoru təyin olunub.
Bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Yeni direktor kollektivə təqdim edilib.
Təqdimat mərasimində Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Mehriban Abasquliyeva 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 1986-1987-ci illərdə ATU-da internatura təhsili alıb. 1988-1994-cü illərdə 1 saylı Qadın məsləhətxanasında həkim-mama-ginekoloq, 1994-1998-ci illər arasında isə baş həkim vəzifəsində çalışıb. 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib.
2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum evinin baş həkimi vəzifəsində çalışıb.
Türkiyə, Rusiya, Portuqaliya, Danimarka, Yunanıstan, Pakistan, İndoneziya kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib.
2007-2021-ci illər ərzində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri olub.
M.Abasquliyeva eyni zamanda tibb elmləri namizədidir.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 29-12-2022, 14:28