mobil versiya

TƏBİB sədri 2 yeni baş həkim təyin etdi - FOTO




Azərbaycanın iki rayonuna yeni baş həkim təyin olunub.

REPORTYOR.AZ Lent.az-a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məcid Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsindən azad edilib.

TƏBİB sədrinin digər əmri ilə o, Şəki RMX-nın direktoru təyin edilib.

Zaqatala RMX-nın direktoru postuna isə Tamara Nurəliyeva təyinat alıb.

Tamara Nurəliyeva buna qədər Zaqatala MRX-nın drektor müavini vəzifəsində çalışıb.



KARUSEL / ÖLKƏ
Tarix: 2-08-2022, 12:00