mobil versiya

Yenilənmiş "e-Tabib" mobil tətbiqi təqdim olunub



Tətbiqin əvvəlki versiyası yalnız koronavirusla bağlı funksionallıqdan ibarət idi, indi isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diqanozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar idarəsinin şöbə müdiri Nicat Kərimov deyib. Onun sözlərinə görə, artıq vətəndaşlar tibb müəssisələrinə müraciətləri tətbiq vasitəsi qiynətləndirə biləcəklər:
"Bunun çox müsbət nəticələri var. İTS və TƏBİB tərəfindən həmin tibb müəssisəsələrinin və tibb işçilərinin fəaliyyəti qiymətləndiriləcək. Məqsədimiz elektron tibbi xidmətləri vətəndaşlara daha əlçatan etməkdir. Tibbi xidmətin təşkilində, keyfiyyətin artırılmasında rəylərimizi bildirməkdir.
Tətbiqin ən vacib funksionallığından biri laborator analiz nəticələrinin əldə edilməsidir. Vətəndaşlar tibb müəssisələrində, xüsusilə TƏBİB-in tabeliyindəki müsəssisələrdə laborator analiz verdikdən sonra nəticəni tətbiqlə izləyə biləcəklər. Bununla yanaşı tibbi sənədlərlə bağlı da funksionallıqlar əlavə olunub. Tətbiqdə həmçinin agentliyə müraciət bölməsi var ki, vətəndaşlar oradan da müraciət edə bilərlər", - deyə o qeyd edib.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 15-03-2023, 12:46